13:13 17-07-2021
news_image
132
FUTBOL

Qeyri-müəyyən durumda – “Keşlə” ilə oyunöncəsi

Konfrans Liqasında “Keşlə”nin rəqibi olan “Soçi”də qapıçı problemi davam edir.

Apasport.az saytının məlumatına görə,  bunu komandanın qapıçılar üzrə məşqçisi Dmitri Borodin deyib.

O bildirib ki, bir neçə aydır zədə səbəbindən oynamayan Soslan Canayevin durumu hələ də qeyri-müəyyəndir: “Canayev forma yığır. O, öz proqramı üzrə çalışır. Ümumi qrupda, amma fərqi proqramla məşq keçir. Yaxın günlərdə tam yükləmə ilə çalışa bilər. Çempionatın və Konfrans Liqasının görüşlərinə hazır olması mümkündür. Amma onun mövsümün startını buraxması barədə dəqiq nə isə demək çətindir. Hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, Soslan Premyer Liqada ötən mövsümün 30 oyunundan 21-də forma geyinib.