13:35 17-07-2021
news_image
136
FUTBOL

AFFA-da görüş - Premyer Liqa klubları ilə

AFFA-nın inzibati binasında 2021/22 lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.