14:13 17-07-2021
news_image
152
FUTBOL

“Sumqayıt”a qol vurmaq istəyir – “Çukariçki”nin bombardiri

“Mövsümün ilk oyunu çətin və ağır keçdi. Hər iki komanda motivasiyalı idi və futbol oynamaq istədiyimizi görmək olur”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Çukariçki”nin hücumçusu Corce Yovanoviç deyib.

Belqrad təmsilçisi Serbiya çempionatının ilk turunda “Vozdovaç”ı məhz Yovanoviçin dublu sayəsində 2:1 hesabı ilə məğlub edib. 22 yaşlı forvard bu çıxışını “Sumqayıt”a qarşı da sərgiləmək arzusunda olduğunu bildirib: “Mövsümün startındakı çıxışımdan razıyam. Bu tempə davam etməliyəm. Amma bizi qarşıda avrokuboklarda “Sumqayıt”a qarşı daha çətin sınaq gözləyir. Buna baxmayaraq, əminəm ki, bacarığımızı meydana qoya bilsək və maksimum performans sərgiləsək, nəticə ürəyimizcə olacaq. Təbii ki, mən də hücumçu kimi qollarıma davam etmək və azarkeşləri sevindirmək istəyirəm”.

Qeyd edək ki, “Çukariçki” ilə “Sumqayıt” arasında ilk oyun iyulun 21-də Belqradda keçiriləcək.