14:39 17-07-2021
news_image
359
FUTBOL

Həyat yoldaşına görə “Legiya”dan ayrılıb – “Qarabağ”ın yeni transferi

“Qarabağ”ın yeni transferi Marko Veşoviç Ağdam klubuna keçməzdən əvvəl Polşadan təklif alıb.

Apasport.az saytının adıçəkilən ölkə mətbuatına istinadən məlumatına görə, “Krakovya” 30 yaşlı müdafiəçinin keçidində maraqlı olub.

Lakin sağ cinah müdafiəçisi Azərbaycan klubuna keçməyi üstün tutub.

Yazıda o da bildirilib ki, Veşoviç “Legiya”dan heç də xoşluqla ayrılmayıb. 2018-ci ildə “Riyeka”dan 400 min avroya transfer edilən sağ cinah oyunçusu son bir ili dizindəki çarpaz bağ cırılması səbəbindən, demək olar ki, boşa keçirib. Ancaq Polşa çempionunun onunla yeni müqavilə imzalamaması buna yox, xanımına görə olub. Məhz Veşoviçin həyat yoldaşının bəzi davranışları klub rəhbərliyinin yeni sözləşmə imzalanmaması yönündə qərar verməsinə səbəb olub.

Qeyd edək ki, Marko Veşoviç “Qarabağ”la 2 illik müqavilə imzalayıb.