15:00 17-07-2021
news_image
152
FUTBOL

Qayıdacağı tarix açıqlandı – “Qarabağ”ın əməliyyat olunan futbolçusunun

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin durumuna aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçinin yaşıl meydanlara dönəcəyi tarix müəyyənləşib.

21 yaşlı Cəfərquliyev Almaniyada sol ayağının topuq bağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, o, 6 həftə sonra yüngül qaçışlarla məşqlərə başlayacaq.

Qeyd edək ki, Elvin Cəfərquliyev ötən mövsüm Premyer Liqada 22 oyun keçirib.