16:04 17-07-2021
news_image
167
TOKİO-2020

Yarışlara buraxılmaya bilər – vaksin olunmayan idmançılar

Türkiyədə koronavirus əleyhinə peyvənd olunmayan idmançılar yarışlara buraxılmaya bilər.

Apasport.az saytının məlumatına görə, Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsi bu barədə təkliflə çıxış edib.

Komitə peyvənd olunmayanların idman yarışlarına buraxılmamasını tövsiyə edib. Təklif Nazirlər Kabinetinin iclasında müzakirəyə çıxarılacaq.

Bu yöndə qərar verilsə, bütün idman növlərində vaksin olunmayan idmançılar yarışlara buraxılmayacaq.