22:40 17-07-2021
news_image
276
FUTBOL

“Yuventus”a keçmədi - Lokatelli

İtaliya millisinin futbolçusu Manuel Lokatellinin “Yuventus”a keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin şərəfini qoruduğu “Sassuolo” onu satmaqdan imtina edib.

Turin təmsilçisi 23 yaşlı oyunçunu sonradan almaq öhdəliyi ilə 2 illik icarəyə götürmək istəyib. “Yuventus” bu transfer üçün 30 milyon avro təklif edib.

Lakin “Sassuolo” bu təklifi müsbət dəyərləndirməyib. Onlar Lokatelli üçün daha çox pul qazanmaq niyyətindədir. Klub rəhbərliyi ən azı 40 milyon avro barədə düşünür.

Qeyd edək ki, Manuel ötən mövsümün 34 oyununda 4 qol vurub.