18:20 08-08-2021
news_image
249
FUTBOL

Sosial şəbəkənin ən fəal klubları – “10-luq”

2020/21 mövsümündə sosial şəbəkələrdəki paylaşımlarına ən çox reaksiya göstərilən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma klubların feysbuk, tvitter və instaqram səhifələrindən etdikləri paylaşımlara olan marağa əsasən aparılıb.

“10-luğ”un açıqlandığı siyahıya “Barselona” başçılıq edir. İspaniya təmsilçisinin paylaşımına olan bəyənmə və şərhlər 2 milyarda yaxın olub. Türkiyə klubları “Qalatasaray” və “Fənərbaxça” da “10-luğ”a düşüb. Cədvəldə Avropadan kənarda olan cəmi 1 klub – “Flamenqo” özünə yer tapa bilib.

İlk “10-luq”:
1. “Barselona” (İspaniya) – 1 milyard 960 min
2. “Mançester Yunayted” (İngiltərə) – 1 milyard 590 min
3. “Liverpul” (İngiltərə) – 1 milyard 310 min
4. “Real” (İspaniya) – 1 milyard 120 min
5. “Çelsi” (İngiltərə) – 1 milyard 40 min
6. “Yuventus” (İtaliya) – 788 min
7. “Qalatasaray” (Türkiyə) – 747 min
8. “Fənərbaxça” (Türkiyə) – 728 min
9. “Bavariya” (Almaniya) – 699 min
10. “Flamenqo” (Braziliya) – 618 min