16:54 17-07-2021
news_image
279
FUTBOL

“Fənərbaxça”nın sabiq qapıçısı qəza törətdi – 1 nəfər öldü

Kamerun millisinin qapıçısı Karlos Kameni bədbəxt hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper ölkəsinin qərb bölgəsində qəza törədib.

Hadisə nəticəsində bir nəfərin öldüyü, Kameninin isə ağır yaralandığı bildirilib. Hazırda xəstəxanada olan “Fənərbaxça”nın sabiq qolkiperinin durumu stabildir.

Qeyd edək ki, hazırda karyerasını Cibuti klubu “Arta Solar7”də davam etdirən Karlos Kameni Avropada “Havr”, “Sent-Etyenn”, “Espanyol” və “Malaqa”nin da formasını geyinib.