17:59 17-07-2021
news_image
194
FUTBOL

“Qızıl top”u Messiyə verərdim” – dünya çempionu

İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro “Skuadra Adzurra”nın AVRO-2020-dəki çempionluğunu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 2006-cı ildə dünya çempionluğundan sonra “Qızıl Top”a layiq görülən Kannavaro hazırkı kapitan Corcio Kyellininin eyni uğuru təkrarlayacağına inanmır.

Onun fikrincə, millinin ən yaxşısı qapıçı Canluici Donnarummadır: “Kyellini əla oynadı, amma bu komandada əsl çempion Donnarummadır. AVRO-2020-dən əvvəl onu sıradan bir qapıçı hesab edənlər var idi. Yaxın 10-15 ildə o, dünyanın ən yaxşı qapıçısı olacaq. Ancaq bu il “Qızıl top”u Messiyə verərdim. Leo mütləq bir nömrədir, çünki Amerika kuboku turnirinin qəhrəmanıdır”.

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin finalında İngiltərəni penaltilər seriyası ilə məğlub edərək çempion olub.