15:38 18-07-2021
news_image
190
FUTBOL

"Zirə"də koronavirusa yoluxma - toplanış ləğv olundu

"Zirə"nin Türkiyə toplanışı ləğv edilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır. 

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. 

Komanda məşqlərini ölkə daxilində davam etdirəcək.