23:10 18-07-2021
news_image
261
FUTBOL

Sifariş vərəqini təqdim etdi - "Qarabağ"

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsi üçün heyətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş medalçısı sifariş vərəqini UEFA-ya təqdim edib.

İsrail “Aşdod”u ilə görüşlərdə baş məşqçi Qurban Qurbanovun sərəncamında 23 futbolçu olacaq. Bunlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 2-si hücumçudur.

 



Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes;

Hücumçular: 77. Ramil Şeydayev.

B siyahı: 94. Ayhan Arazlı, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 27. Toral Bayramov, 83. Nihad Quliyev.

Qeyd edək ki, Ağdam təmsilçisi "Aşdod"la ilk matçını iyulun 22-də Bakıda, cavab oyununu 1 həftə sonra səfərdə keçirəcək.