11:28 19-07-2021
news_image
317
FUTBOL

“Neftçi”yə üç variant – III təsnifat mərhələsində

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatması ərəfəsində UEFA cütləri qruplara bölüb.

Apasport.az saytının məlumatına görə, “Neftçi” üçün 3 mümkün variant qalıb.

II təsnifat mərhələsinin “Olimpiakos” – “Neftçi” cütünün qalibi aşağıdakı üç cütdən biri ilə görüşəcək. Onlar arasında Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşa “Legiya”sının yer aldığı cüt də var.

“Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Linkoln” (Cəbəllütariq) - ÇFR (Rumıniya)

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.