11:32 19-07-2021
news_image
264
FUTBOL

Klublarımız üçün 4 variant - Konfrans Liqasında

Konfrans  Liqasının III təsnifat mərhələsinin bugünkü püşkatması ərəfəsində cütlər və komandalar qruplara bölünüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının hər biri üçün 4 variant qalıb.

Təmsilçilərimizin II təsnifat mərhələsindəki cütləri növbəti raundda 4 mümkün rəqibi var.

I qrupda yer alan “Keşlə” Rusiya “Soçi”sini keçsə, səpələnməyib və aşağıdakı 4 cütdən birinin qalibi ilə qarşılaşacaq:
“Arda” (Bolqarıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail)
“Dinamo” (Batumi, Gürcüstan) - BATE (Belarus)
“Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya)
“Astana” (Qazaxıstan) – “Aris” (Yunanıstan)

5-ci qrupda səpələnməmiş olan “Çukariçki” – “Sumqayıt” cütünün də potensial rəqibləri bəllidir:
“Apollon” (Kipr) – “Jilina” (Slovakiya)
“Suduva” (Litva) – “Rakov” (Polşa)
“Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)
“Kopenhagen” (Danimarka) – “Torpedo-Belaz” (Belarus)

“Qarabağ”ın “Aşdod”la cütü 6-cı qrupda səpələnib və mümkün rəqiblərini tanıyıb:
AEL (Kipr) – “Vlajnia” (Albaniya)
“Panevejis” (Litva) – “Voyvodina” (Serbiya)
“Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya)
“Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya)