00:00 20-07-2021
news_image
189
FUTBOL

“Barselona”ya sorğu – “Bavariya”dan

Almaniyanın “Bavariya” klubu Serjinyo Desti transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Münhen klubu müdafiəçi ilə bağlı La Liqa təmsilçisinə rəsmi sorğu göndərib.

Sağ cinah müdafiəçisi axtaran almaniyalılar Destin satış qiymətini öyrənmək fikrindədir. Lakin Serjinyo klubunu dəyişməyə meylli deyil. O, “Barselona”da qalmaq arzusundadır. Baxmayaraq ki, klub rəhbərliyi də onun satışında maraqlıdır.

Qeyd edək ki, Dest ötən mövsüm La Liqada 30 oyunda 2 qol vurub.