12:49 19-07-2021
news_image
125
TOKİO-2020

Voleybolçu koronavirusa yoluxdu – Olimpiya kəndində

Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, çimərlik voleybolu üzrə Çexiya millisinin üzvü Ondjey Peruşiçin Olimpiya kəndindəki testi müsbət nəticə verib.

Bu, Çexiya olimpiya yığmasında ikinci belə hadisədir. Voleybolçuya qədər nümayəndə heyətinin bir üzvündə də koronavirus aşkarlanıb.

İdmançıda xəstəlik simptomları yoxdur. O, iyulun 23-də keçiriləcək açılış mərasimində iştirak edə bilməyəcək.