13:07 19-07-2021
news_image
271
FUTBOL

İntihar etdi – uruqvaylı futbolçu

Uruqvaylı futbolçu Uilyams Martines 39 yaşında ölüb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı intihar edib.

İkinci liqada çıxış edən “Vilya-Teras”ın oyunçusu özünü qətlə yetirib. Martines bunadək Uruqvay, Argentina, Venesuela, Çili, Paraqvay, İspaniya, Fransa klublarında çıxış edib. O, həmçinin “Vest Bromviç” klubunda oynayıb. Martines Uruqvay yığmasında 1 oyun keçirib.

Qeyd edək ki, bununla əlaqədar Uruqvay çempionatının XI turunun matçları təxirə salınıb.