13:34 19-07-2021
news_image
156
TOKİO-2020

Geri çəkildi – Olimpiadanın sponsoru

Tokio-2020 Yay Olimpiya Oyunlarının sponsorları da koronavirus pandemiyası ilə bağlı duruma biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, Yaponiyanın paytaxtı Tokiodakı vəziyyət “Toyota” şirkətini sərt addımlar atmağa vadar edib.

Olimpiadanın sponsoru olan avtomobil istehsalçısı yarış müddətində televiziyadakı reklamı dayandırıb. Şirkət rəhbərliyi ölkə əhalisinin 2/3-nin Olimpiadanın təhlükəsiz təşkilinə şübhə ilə yanaşmasına görə belə addım atıb. “Toyota” Olimpiada müddətində reklamla əhalidə özü barədə mənfi fikir yaratmamağa üstünlük verib.