14:15 19-07-2021
news_image
264
FUTBOL

“Qalatasaray” kiminlə qarşılaşacaq? – PSV-ni keçsə

Çempionlar Liqasının III təsnifat mərhələsində Liqa yolunun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Türkiyənin “Qalatasaray” klubunun mümkün rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi II təsnifat mərhələsində Niderland təmsilçisi PSV-ni keçsə, "Seltik" (Şotlandiya) - Mitdyuland (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək. III təsnifat mərhələsinin ilk matçları avqustun 3-4-də, cavab oyunları 10-da baş tutacaq. Türkiyəlilər turu keçsə, növbəti mərhələyə evdə başlayacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşa “Legiya”sının da mümkün rəqibi bilinib. Varşava təmsilçisinin Estoniya “Flora”sı ilə Çempionlar yolunda tur adlasa, “Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin görüşləri iyulun 21-də və 28-də keçiriləcək.