14:50 19-07-2021
news_image
172
FUTBOL

İnsinye ilə yeni müqavilə imzalamadı – “Napoli”

İtaliyanın “Napoli” klubu hücumçusu Lorenso İnsinyeni satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, buna səbəb tərəflər arasında yeni müqavilənin imzalanmamasıdır.

Klub rəhbərliyi müqaviləsi 2022-ci ilin yayında başa çatacaq İnsinye ilə anlaşmaqda çətinlik çəkir. Belə ki, tərəflər detallarda razılaşa bilmir. Çünki futbolçu maaşının qaldırılmasını, klub indiki rəqəmin – 5 milyon avronun da azaldırlmasının tərəfdarıdır.

Oyunçunu gələn yay azad agent kimi itirmək qorxusu ilə üzləşən “Napoli” onu indidən satmaq istəyir. Əgər yeni müqavilə imzalanmasa, İnsinye 25-30 milyon avroya transferə çıxarılacaq.