15:31 19-07-2021
news_image
403
FUTBOL

Avropa Liqasına düşsə... - “Qalatasaray” və "Legiya"

Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə “Qalatasaray”ı da mümkün rəqibini tanıyıb.

Çempionlar Liqasının II təsnifat mərhələsində PSV ilə görüşəcək İstanbul nəhəngi yoluna Avropa Liqasında davam etsə, Sent Contsonla (Şotlandiya) üz-üzə gələcək. “Qalatasaray” ilk qarşılaşmanı evdə keçirəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşa “Legiya”sı isə Avropa Liqasının Çempionlar yoluna düşə bilər. Varşavalıların Çempionlar Liqasının II təsnifat mərhələsindəki Estoniya “Flora”sı ilə cütünün məğlubu  “Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr) ilə görüşəcək. İlk matç Xorvatiya və ya Kiprdə keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsi iyulun 20-21-də və 27-28-də, Avropa Liqasında III təsnifat mərhələsi avqustun 5-də və 12-də keçiriləcək.