15:44 19-07-2021
news_image
256
TOKİO-2020

Olimpiada öncəsi koronavirusa yoluxdu - ABŞ gimnastı

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir idmançı koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu dəfə qadınlardan ibarət ABŞ yığmasında aşkarlanıb.

Şimali amerikalı idman gimnastın testi müsbət nəticə verib. Bu, Yaponiyanın İndzai şəhərindəki toplanış zamanı müəyyənləşib. Gimnastın adı açıqlanmır.

Qeyd edək ki, Olimpiadanın idman gimnastikası yarışları iyulun 24-dən avqustun 3-dək keçiriləcək.