11:12 20-07-2021
news_image
148
FUTBOL

Premyer Liqada futbolçu həbs olundu - SƏBƏB

İngiltərə futbolunda qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqada çıxış edən futbolçulardan biri Mançesterdə həbs olunub.

Buna adı açıqlanmayan 31 yaşlı oyunçunun azyaşlılarla seksual bağlılığı səbəb olub. Ailəli olduğu bildirilən futbolçu sonradan zaminə buraxılıb. Bir müddət əvvəl onun evində də axtarış aparıldığı da iddia edilir.

Bununla paralel olaraq “Everton” əsas komandanın üzvlərindən birini məşqlərdən kənarlaşdırıb. Liverpullular polis araşdırmaları bitənədək oyunçunun əsas komandadan kənar qalacağını açıqlanmayıb. Lakin bu futbolçunun seksual zəmində saxlanılan oyunçu olub-olmamağı ilə bağlı açıqlama verilmir.