11:29 20-07-2021
news_image
156
TOKİO-2020

Meksika millisi karantinə alındı – Tokioya səfər öncəsi

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Meksika millisinin beysbolçuları Ektor Velaskes və Semmi Solis koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, onların Yaponiyaya yollanmazdan öncə verdiyi test müsbət nəticələnib.

Onların xəstəliyi simptomsuz keçir. Təkcə bu iki idmançı deyil, bütün komanda təkrar testlərə qədər karantinə alınıb.

Qeyd edək ki, Tokio-2020-nin beysbol yarışları iyulun 28-dən avqustun 7-dək keçiriləcək. Meksika millisi Yaponiya və Dominikan Respublikası ilə eyni qrupda mübarizə aparacaq.