11:40 20-07-2021
news_image
139
TOKİO-2020

Olimpiya kəndində qalmayacaq – dünyanın 1 nömrəsi

Avstraliyalı tennisçi Eşli Berti Olimpiya Oyunları ilə bağlı gözlənilməz qərar verib.

Apasport.az saytının məlumatına görə, dünyanın 1 nömrəli qadın raketkası Olimpiya kəndində qalmayacaq.

O, Tokio-2020 Yay Olimpiya Oyunları zamanı Yaponiyanın başqa nöqtəsində məskunlaşacaq. Ümumiyyətlə Avstraliya yığmasının bir neçə aparıcı üzvü kənddən kənarda qalmağı məqsədəuyğun sayıb və bununla bağlı müvafiq icazə də alıb.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.