12:15 20-07-2021
news_image
402
FUTBOL

“Olimpiakos” bilet satışını dayandırdı – "Neftçi"yə görə

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Olimpiakos” mövsümlük bilet satışını müvəqqəti dayandırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb Pirey təmsilçisinin diqqətləri məhz Azərbaycan çempionu ilə görüşə yönəltmək istəməsidir.

Yunanıstan təmsilçisi indiyə qədər 7000 mövsümlük kart satıb və indi azarkeşlərdən yalnız “Neftçi” ilə görüş üçün kassalara müraciət etməsini istəyib. Mövsümlük kartı olan həmin 7000 fanatın da “Neftçi” ilə qarşılaşmada tribunada olması gözlənilir. Bir mövsümü əhatə edən kartların satışı isə iyulun 22-dən bərpa olunacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.