12:32 20-07-2021
news_image
175
DİGƏR NÖVLƏR

6 federasiyanı tanıdı - BOK

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbəti sessiyası keçirilib.

Apasport.az saytının məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda təşkil olunan tədbirdə BOK 6 idman federasiyasını tanıyıb.

Bunlar Beynəlxalq Çerlidinq İttifaqı (İCU), Beynəlxalq Muay-tay Assosiasiyaları Federasiyası (İFMA), Beynəlxalq Sambo Federasiyası (FİAS), Beynəlxalq Aysştoksport Federasiyası (İFİ), Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) və Ümumdünya Lakross Federasiyasıdır (WL).

Qeyd edək ki, sessiya Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində təşkil olunub.