12:55 20-07-2021
news_image
162
FUTBOL

400-cü olacaq – “Neftçi” ilə oyunda

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyun “Olimpiakos”un bir futbolçusu üçün əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, Yunanıstan klubunun heyətində avrokuboklarda debüt edəcək ilk oyunçu yubileylə yadda qalacaq.

O, Pirey təmsilçisinin Avropa arenasındakı 400-cü futbolçusu kimi tarixə düşəcək. Bu da baş məşqçinin yeni transferlərlə şans verib-verməməsindən asılı olacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Olimpiakos” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.