13:42 20-07-2021
news_image
587
DİGƏR NÖVLƏR

“Aldığım əksər mesajlar ədəbsiz xarakterdədir” – Olimpiya çempionundan etiraf

Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində yarışdakı qələbələrin heç də həmişə müsbət hadisələrlə müşayiət olunmadığı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu danimarkalı üzgüçü Pernilla Baume açıqlayıb.

O bildirib ki, Rio-2016-da qazanılan qızıl və bürünc medaldan sonra xoşagəlməzliklərlə üzləşib: “Sosial şəbəkələrdə aldığım əksər mesajlar ədəbsiz xarakterdədir. Onlar seks mövzusundadır. Rio Olimpiadasından sonra belə mesajlar daha çox idi. Əksər azarkeşlər mənimlə şəkil çəkdirirdi. Bu da normaldır. Amma bəziləri şəkil çəkdirəndə əlini belimin aşağısına aparır, qulağıma əxlaqsız sözlər deyirdi. Bu, bütün sərhədləri aşırdı”.

Qeyd edək ki, Baume Rioda 50 m məsafəyə sərbəst üsulla üzməkdə qızıl, 4x100 m məsafəyə kombinə olunmuş estafetdə bürünc medal qazanıb.