17:31 20-07-2021
news_image
190
FUTBOL

“İnter”ə təklif olundu – “Real”ın hücumçusu

İspaniyanın “Real” klubunun futbolçusu Luka Yoviç karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, serbiyalı hücumçunun agenti oyunçunu “İnter”ə təklif edib.

23 yaşlı futbolçunun özü “Real”da qalmaq istəsə də, agenti onun daha çox oyun praktikası qazanmasını istəyir. Ötən mövsümdə “Ayntraxt”da  icarədə olan Yoviç Bundesliqada 18 matça 4 qol vurub.