17:49 20-07-2021
news_image
247
FUTBOL

"Neftçi"nin ön xətt oyunçuları güclüdür" - "Olimpiakos"un kapitanı

“Çox maraqlı maraqlı dönəmdəyik. Bizi çətin oyun gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un kapitanı Andreas Buxalakik deyib.

28 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Sabah əlimizdən gələni edəcəyik. Hazırlıq yaxşı keçdi, sabahkı görüşə tam hazırıq. Çox sevinirik ki, matçda azarkeşlər də bizimlə birlikdə olacaq. Həyəcan içindəyik. Çox xoşbəxtik ki, görüş onların iştirakı ilə keçiriləcək. Çempionlar Liqasında növbəti mərhələyə adlamaq istəyirik. Bundan ötrü əlimizdən gələni edəcəyik. Növbəti raunda hazır olmalıyıq. “Neftçi” ilə qarşılaşmaya çox ciddi yanaşırıq. Rəqibin oyununu izləmişik. Qarşımızda güclü futbolçular var. Xüsusən də, sistemləri və ön xətt oyunçuları güclüdür”.

Qeyd edək ki, sabah keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.