18:02 20-07-2021
news_image
558
FUTBOL

"..."Neftçi"yə diqqət yetirmirik" - Pedro Martins

“Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edirik".

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunöncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis Pireydə baş tutacaq qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: “Hər cəhətdən hazırıq. Futbolçularımız da gündən-günə fiziki cəhətdən daha hazırlıqlı durumda olurlar. Hər şey qaydasındadır, hazırlığımız plan üzrə getdi. "Neftçi" ilə matça hazırıq".

- Azarkeşlər sabah sizi tək qoymayacaq. Buna münasibətiniz necədir?

- Bu, bizim üçün çox sevindiricidir. Bir ildən çox idi ki, azarkeşsiz oynayırdıq. Bu da futbolçuları motivasiyadan salırdı. Sabahkı oyunda onların iştirakı çox vacibdir. Bunda köməyi olan hər kəsə təşəkkür edirik. 

- "Neftçi"ni lazımi qədər təhlil etmisiniz, yoxsa daha çox gücünüzə arxalanaraq, öz oyununuz barədə düşünürsünüz? 

- Öz oyunçularımıza çox güvənirik. Amma bu o demək deyil ki, "Neftçi"yə diqqət yetirmirik. Rəqibi təhlil etmişik. Onların güclü futbolçuları var. İçlərində universal oyunçular da var. Onlara hörmətimiz böyükdür. Amma meydana qələbə üçün çıxacağıq.