21:45 20-07-2021
news_image
193
FUTBOL

"İddialarımız böyükdür" - "Sumqayıt"ın rəqibi

“Biz azarkeşlərdən böyük dəstək gözləyirik. Ümid edirik ki, dolu tribunalar önündə növbəti mərhələyə doğru addım ata bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın “Çukariçki” klubunun nümayəndəsi Pavle Delibaşiç deyib.

O, Konfrans Liqasının “Sumqayıt”la oyununa həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb: “Bu mövsüm klubun iddiaları böyükdür. Çalışacağıq ki, qrup mərhələsinə düşək. Amma öncə “Sumqayıt” barədə düşünürük. Əla heyətimiz var. Hətta hər mövqeyə iki oyunçunun olması kimi xoşagələn rəqabətə malikik. Səfər qolunun ləğvi əla qərardır. Bu, bizə ilk oyunda tələsməmək imlanı verir. Çünki bizə Azərbaycanda cavab qarşılaşması gözləyir”.

Baş məşqçi Duşan Corceviçin köməkçisi meydana çıxacaq heyətdən də danışıb: “Meydana həmin an üçün ən yaxşılar çıxacaq. Gənc və ya yaşlının fərqi yoxdur. Biz digər məqamlara üstünlük veririk. Rəqib barədə məlumat toplamaq çox çətin idi. Onların yoxlama oyunları barədə nə isə əldə etməkdə çətinlik çəkdik. Əsasən ötən mövsümün kadrları var. Amma bilirik ki, bu komanda çox yaxşı çıxış edir, intizamla müdafiə olunur. Superliqada “Vojdovats”a qalib gəlsək də, rəqibin qırmızı vərəqə almasına üzüldük. Çünki onlar tam heyətlə olanda “Sumqayıt” kimi oynayır və bizim üçün yaxşı məşq idi. Öz oyunumuzu oynaya bilsək, qələbəyə şübhə belə ola bilməz. “Vojdovats”la görüşdə hazırlaşdığımız kimi oynamadıq. Düşünürəm ki, sabah düzgün oyun göstərəcəyik”.