10:03 21-07-2021
news_image
132
TOKİO-2020

Taekvandoçu Tokio-2020-dən kənarlaşdırıldı – koronavirusa görə

Tokio-2020 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, Çili taekvondoçusu Fernanda Aqirre koronavirus üzündən yarışlardan kənarlaşdırılıb.

O, belə halla üzləşən ilk idmançı kimi tarixə düşüb. Özünü yaxşı hiss etməsinə baxmayaraq 10 günlük karantinə alınması idmançının Olimpiadada iştirak etməsinə əngəl olub.