10:48 21-07-2021
news_image
127
FUTBOL

Müzəffər Qasımov vəfat edib

Azərbaycan futbol veteranı Müzəffər Qasımov vəfat edib.

Apasport.az saytının məlumatına görə, Gəncənin “Kəpəz” klubunun sabiq futbolçusu və baş məşqçisi 80 yaşında dünyasını dəyişib.

Veteran son illərdə klubun Müşahidə Şurasında yer alıb. Qasımov bu gün dəfn olunacaq.

Qeyd edək ki, veteran futbolçu “Kəpəz”in 1968-ci ildə “Dinamo” adı altında SSRİ çempionatının güclülər dəstəsində oynamasında ən böyük pay sahiblərindən biri olub.