11:22 21-07-2021
news_image
166
TOKİO-2020

Tokio-2020-yə buraxılmadı – kokaindən istifadəyə görə

Avstraliyalı idmançı Ceymi Kermonda Tokio-2020 Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, atçılıq idmanında iştirak etməli olan “Yaşıl qitə” təmsilçisi antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

Avstraliya Atçılıq İdmanı Federasiyası onu müvəqqəti bütün yarışlardan kənarlaşdırıb. Onun dopinq testində kokain metaboliti aşkarlanıb. Bu üzdən idmançı Tokio-2020-ni də buraxacaq.