12:18 21-07-2021
news_image
140
FUTBOL

Hücumçusunu 7,5 milyona satdı – “Liverpul”

İngiltərənin “Liverpul” klubu daha bir futbolçusu satıb.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Mersisaydlıların hücumçusu Tayvo Avoniyi karyerasını Almaniyada davam etdirəcək. O, “Union” klubuna keçib.

Berlin təmsilçisi 23 yaşlı nigeriyalı üçün 7,5 milyon avro ödəyib. Avoniyi ötən mövsümü icarə əsasında bu klubda keçirib.

Qeyd edək ki, futbolçu əvvəllər “Mayns”, “Neymegen”, “Muskron” və “Gent”də də icarədə olub.