16:19 21-07-2021
news_image
189
FUTBOL

Levandovskiyə “elçi düşdü” – Premyer Liqa klubu

İngiltərənin “Çelsi” klubu Robert Levandovskinin heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Polşa millisinin və Almaniya “Bavariya”sının hücumçusu ilə danışıqlara da start verib.

London klubu futbolçunun agenti Pini Zahavi ilə təmasa keçib. 32 yaşlı forvard “Çelsi” üçün ehtiyat variant sayılır. Erlinq Holandın keçidi baş tutmasa, Robertin transferi gündəmə gələcək.

Qeyd edək ki, Levandovski Bundesliqanın son mövsümündə 29 oyunda 41 qol vurub.