12:43 21-07-2021
news_image
116
TOKİO-2020

“Qəlbim qırıldı” – Tokioda daha bir idmançıda koronavirus

Niderland yığmasının skeytbordçusu Kendi Ceykobs Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu idmançının özü açıqlayıb.

Yaponiya paytaxtında olan xanım idmançı koronavirusa yoluxması üzündən yarışla vidalaşıb: “Qəlbim qırıldı. Təəssüf ki, testimin nəticəsi müsbət oldu. Bu o deməkdir ki, olimpiya səyahətim başa çatdı”.

Qeyd edək ki, Kendi koronavirus səbəbindən Oyunlarla vidalaşan ikinci idmançıdır. Onadək meksikalı taekvondoçu Fernanda Aqirre eyni taleyi yaşayıb.