15:32 21-07-2021
news_image
101
TOKİO-2020

Yeni rekord – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançılardan götürüləcək dopinq testlərin sayı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Yaponiya paytaxtında 5000 prob götürüləcək.

Bu, Olimpiadalar tarixində yeni rekorddur. Rio-2016-da Ümumdünya Anti Dopinq Agentliyi (WADA) 4930 test götürüb.

Tokioda bu işlə Beynəlxalq Dopinq Test Agentliyi (İTA) məşğul olacaq. Onlara Yaponiya Anti Dopinq Agentliyi (JADA) yardım edəcək. Tokioda 250 dopinq əməkdaşı və 700 yardımçı personal xidmət edəcək. Problar 10 il saxlanılacaq.