15:44 21-07-2021
news_image
296
DİGƏR NÖVLƏR

Tamaşaçıların qayıdışına ümid edir - BOK

Beynəlxalq Olimpiya Komitəsi (BOK) tamaşaçıların Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirakının tərəfdarıdır.

Apasport.az saytının məlumatına görə, bunu qurumun Koordinasiya Komissiyasının rəhbəri kiçik Xuan Antonio Samaranç açıqlayıb.

O bildirib ki, “Pekindəki obyektlər artıq yarışa hazırdır. Bu planda Çinin hazırlığı çox yaxşıdır. BOK 6 aydan sonra tamaşaçıları tribunalarda görmək istəyir. Buna ümid edirik”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında yalnız 26 yarışda tamaşaçılar olacaq. Digər 724 yarış isə boş tribunalar önündə keçiriləcək.