19:02 21-07-2021
news_image
180
FUTBOL

Ozobiçin millimizə cəlb edilməsinə münasibət bildirdi - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov xorvatiyalı futbolçu Filip Ozobiçin Azərbaycan millisinə cəlb edilməsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, o, 30 yaşlı yarımmüdafiəçi ilə bu məsələ haqda danışdığını deyib.

Qurbanov AFFA rəsmiləri ilə də söhbət etdiyini sözlərinə əlavə edib: "Milliyə faydalı olmasını istəyirəm. Onsuz da mən neçə illərdir ki, ondan komandam üçün faydalanmağa çalışıram. Yığmada oynamaq hər futbolçu üçün məsuliyyətdir. İnanıram ki, faydalı olacaq. İndi Ozobiçin daha çox milliyə faydalı olmasını düşünürəm, nəinki bizdə yerli pasportla oynamasını. Komandamızdan milliyə çox oyunçu gedib. Çalışmışıq ki, hamısı da milliyə yaxşı formada getsin. Ozobiçə uğurlar arzulayıram".