22:52 21-07-2021
news_image
156
FUTBOL

HİK “Malmö”yə uduzdu – “Neftçi”nin mümkün rəqiblərinin duelində

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasında mümkün rəqibləri olan “Malmö” və HİK İsveçdə üz-üzə gəlib.

Şimallılar duelində hesab ilk yarının sonlarında açılıb. İsveç çempionunun futbolçusu Antonio Mirko Çolak 45-ci dəqiqədə vurduğu topla meydan sahiblərini hesabda irəli çıxarıb.

Finlandiya klubu ikinci hissənin ortalarında bərabərlik qoluna imza atıb. Rupe Riski 68-ci dəqiqədə fərqlənib. İsveçlilər cəmi 6 dəqiqə sonra yenidən irəli çıxıb. Bu dəfə Anders Kristensen fərqlənib. 

Bu, qarşılaşmadakı sonuncu qol olub və “Malmö” minimal fərqli ev qələbəsinə sevinib. Komandalar arasında cavab qarşılaşması iyulun 27-də keçiriləcək.

Qeyd edək ki, “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) və “Malmö” (İsveç) – HİK (Finlandiya) cütlərində uduzan komandalar Avropa Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.