00:02 22-07-2021
news_image
312
FUTBOL

Ciddi itki – “Neftçi”də

Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”un qonağı olan “Neftçi” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun qol “silahı” Namiq Ələsgərov birinci hissənin sonlarında əvəzlənməli olub.

Buna səbəb rəqibin futbolçusu Con Kamaranın ona qarşı kobud müdaxiləsi olub. Sifətindən qan açılan Ələsgərov oyunu davam etdirə bilməyib və əvəzlənib. Onun yerinə Mirabdulla Abbasov meydana daxil olub.

Bu hərəkət isə Kamaranın qırmızı vərəqə ilə cəzalandırılmasına səbəb olub.