21:54 22-07-2021
news_image
369
FUTBOL

Rusiyada darmadağın oldu – "Keşlə"

Azərbaycan kubokunun qalibi “Keşlə” avrokuboklarda mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Sənan Qurbanovun yetirmələri Rusiyada “Soçi”nin qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açıb. 

Tamaşaçılarsız keçirilən oyunun 10-cu dəqiqəsində Rodriqao erkən qola imza atıb. İkinci hissənin ortalarında Rusiya təmsilçisi fərqi artırıb. Kristian Noboa penaltidən fərqlənib. Matçın sonlarında Maksim Barsov fərqi üç topa çatdıraraq cütün taleyini böyük ölçüdə həll edib.

Qeyd edək ki, “Keşlə” iyulun 29-da “Soçi”ni Bakıda qəbul edəcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Soçi” (Rusiya) – “Keşlə” (Azərbaycan) - 3:0
Qollar:
Rodriqao, 10, Kristian Noboa, 66 (pen.), Maksim Barsov, 81
Baş hakim: Enea Jorgyi (Albaniya)
“Soçi”: 12. Nikolai Zabolotni, 34. Timofei Marqasov, 87. Danila Prokhin, 5. Rodriqao, 4. Mateo Barac, 27. Kirill Zaika, 18. Nikita Burmistrov, 16. Kristian Noboa, 15. İbrahim Tsallaqov (k), 6. Artur Lusupov, 9. Marko Duqanjiç
Ehtiyat oyunçular: 1. Denis Adamov, 7. Dmitri Vorobyev, 8. İvelin Popov, 10. Maksim Barsov, 13. Sergey Terekhov, 17. Maksim Kolmakov, 19. Viktorien Anqban, 20. İqor Yurqanov, 24. Emanuel Mammana
Baş məşqçi: Vladimir Fedotov
“Keşlə”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 77. Merab Giqauri, 7. Rəhman Hacıyev, 14. Turan Vəlizadə, 10. Felipe Santos, 29. Amil Yunanov, 72. Aldair Neto
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev, 99. Rafael Məhərrəmli
Baş məşqçi: Sənan Qurbanov
Soçi. “Fişt” stadionu