00:51 22-07-2021
news_image
198
FUTBOL

Böyük hesabla uduzdu – “Qalatasaray”

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsində PSV ilə qarşılaşıb.

Liqa yolu çərçivəsində baş tutan ilk oyun Eyndhovendə baş tutub. Niderland təmsilçisi 2-ci dəqiqədə Eran Zahavinin erkən qolu ilə hesabı açıb.

35-ci dəqiqədə futbolçu dublunu rəsmiləşdirib. Türkiyəlilər fasiləyə 3 dəqiqə qalmış fərqi azaldıb. Emre Kılınc azarkeşlərini ümidləndirib.

İkinci hissə də qolla başlayıb. Mario Götzenin 51-ci dəqiqədəki qolu PSV-nin üstünlüyünü iki topa çatdırıb. Matçın sonlarında daha iki qol vurulub. Zahavi 84-cü dəqiqədə het-trikini rəsmiləşdirib. 1 dəqiqə sonra Götze dubl müəllifi olub. “Qalatasaray” isə səfərdən böyükhesablı məğlubiyyətlə dönüb – 1:5.

Qeyd edək ki, İstanbul klubu ev oyununa iyulun 27-də çıxacaq.