00:54 22-07-2021
news_image
260
FUTBOL

56 dəqiqə oynadı – Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Flora” (Estoniya) ilk oyununun iştirakçısı olub.

Təmsilçimiz Varşavadakı qarşılaşmaya start heyətində çıxıb. Onun komandası 5-ci dəqiqədə Bartoş Kapustkanın qolu ilə hesabı açıb.

Estoniyalılar 53-cü dəqiqədə hesabda tarazlıq yaradıb. Rauno Seppinen fərqlənib. Bu qoldan üç dəqiqə sonra Mahir əvəzlənərək meydanı tərk edib. Polşa çempionu 90+1-ci dəqiqədə Rafael Lopesin qolu ilə çətin ev qələbəsi qazanıb. 

Qeyd edək ki, “Legiya” “Flora” ilə cavab qarşılaşmasını iyulun 27-də keçirəcək.