09:45 22-07-2021
news_image
135
TOKİO-2020

Daha 2 idmançı koronavirusa yoluxdu – Olimpiya kəndində

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.

Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılardır. 6 nəfər yaponiyalı, 4 nəfər xarici əməkdaş da infeksiyaya yoluxub. Onlardan da ikisi Olimpiya kəndində qalan şəxslərdir.

Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.