10:36 22-07-2021
news_image
159
FUTBOL

Lüksemburqla oyunlarının yeri dəqiqləşdi - millimizin

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi daha iki oyunun yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunlar millimizin seçmə mərhələdə növbəti və sonuncu matçlarıdır.

Hər iki görüş Lüksemburqa qarşı olacaq. Sentyabrın 1-dəki qarşılaşma Lüksemburq şəhərindəki “Stad de Lüksemburq”da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Noyabrın 11-də təşkil olunacaq oyuna isə Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Matç 21:00-da başlayacaq.

Qeyd edək ki, tsikldə keçiriləcək digər dörd qarşılaşmanın yeri və vaxtı öncədən bəlli idi. Sentyabrın 4-də İrlandiya ilə görüş Dublindəki “Aviva” stadionunda, üç gün sonra eyni saatdakı Portuqaliya ilə, oktyabrın 9-da İrlandiya ilə qarşılaşmalar Bakı Olimpiya Stadionunda keçiriləcək. Hər üç oyun saat 20:00-da başlayacaq. Serbiya ilə qarşılaşma isə oktyabrın 12-də Belqraddakı Rayko Mitiç stadionunda keçiriləcək və 22:45-də start götürəcək.