13:05 22-07-2021
news_image
157
TOKİO-2020

Taekvondoçularımızın rəqibləri bilindi – Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarının püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparacaq Azərbaycan idmançılarının ilk rəqibləri bəlli olub. 

1/8 finaldan yarışa başlayacaq Milad Beiqi Harçeqani taypeyli Vey-Tinq Liu ilə döyüşəcək. 80 kq çəkidə mübarizə aparacaq dünya çempionumuz qarşılaşmaya iyulun 26-da çıxacaq. 

67 kq çəkidə gücünü yoxlayacaq Fəridə Əzizova da dayanq üzərinə eyni gündə çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Peyc Makferson olacaq.